Hansı xəstəliklər zamanı şaxtada gəzmək faydalıdır?


Digərləri 24 Yan 2019 22:35:00 210 0

Hansı xəstəliklər zamanı şaxtada gəzmək faydalıdır?

Bir çoxları elə düşünür ki, hava soyuq və şaxtalı olduqda evdə qalmaq və çölə çıxmamaq ən yaxşı yoldur. Düzdür bəzi xəstəliklər zamanı soyuq havada çox gəzmək olmaz, amma şaxtalı havanın da yaxşı təsir göstərdiyi xəstəliklər mövcuddur.  

Son.az medicina.az-a istinadən şaxtalı havanın hansı xəstəliklər üçün faydalı olduğunu açıqlayır:

1) Piylənmə. Artıq çəkil insanlarda arıqlamaq üçün qışda gəzmək yayda gəzməkdən daha effektlidir. Şaxta arıqlamağa kömək edir. Çünki soyuqda orqanizm özünü qızdırmaq üçün daha çox enerji sərf etməlidir. Bu enerji isə piy qatının parçalanması hesabına yaranır.

2) Baş ağrısı və miqren. İstənilən mənşəli baş ağrıları zamanı havaya çıxaraq təmiz hava almaq kömək edir. Baş ağrısı başda yerləşən damarların spazmı səbəbindən yaranır. Şaxtalı havada isə dəridə olan kapillyarlar sıxılır, başdakı damarlar isə əksinə genələrək qan axımını qaydaya salır. Həmçinin soyuq hava sinir ucluqlarına da təsir edərək ağrı hissinin azalmasına və ümumi əhval-ruhiyyənin yüksəlməsinə səbəb olacaq.   3) Hipotoniya. Arterial təzyiqdən əziyyət çəkən insanlar qışda özlərini  pis hiss edirlər. Aşağı təzyiqdən əziyyət çəkənlərə isə əksinə şaxtalı havada gəzmək faydalıdır. Bunun səbəbi soyuqda qan damarlarının sıxılaraq təzyiqi yüksəlməsidir. Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar isə yaxşı olardı ki, şaxtalı havalarda evdə otursunlar.