Həzrət Zəhranın məzarının yeri ilə bağlı 3 nəzər


Digərləri 24 Yan 2019 22:20:00 234 0

Həzrət Zəhranın məzarının yeri ilə bağlı 3 nəzər

Həzrət Zəhra (s.ə) vəfat edən zaman İmam Əliyə (ə) buyurur ki, onu gecə dəfn etsin və qəbrinin yerini gizli saxlasın. Xanımın (s.ə) qəbrinin yerini ancaq yaxınları bilirdilər. Həzrət Zəhra (s.ə) qəbrinin yerinin gizli saxlanmasını istədiyi üçün, heç bir övladı onun yerini bəyan etməmişdir. İndiyə qədər də gizli qalmaqdadır.

Son.az deyerler.org-a istinadən bildirir ki, ona görə də Xanımın (s.ə) qəbrinin yeri ilə bağlı nəzər ayrılıqları vardır.

Bu nəzərlər ibarətdir:

1. Bəzilərinin dediyinə görə, Peyğəmbərin (s) rövzəsində dəfn olunmuşdur. Rövzə deyildikdə, Peyğəmbərin (s) evi ilə minbəri nəzərdə tutulur. Məclisi Muhəmməd ibni Həmmamdan nəql edir: "İmam Əli (ə) Fatiməni (s.ə) Peyğəmbərin (s) rövzəsində dəfn etdi. Ancaq qəbrin izini tamamilə aradan apardı".

Məclisi Fizzədən nəql edir ki, Xanımı (s.ə) Peyğəmbərin (s) rövzəsində dəfn etdilər və ona namaz qıldılar.

Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Mənim qəbrimlə minbərim arasında rövzə vardır ki, behişt rövzələrindəndir".