Yük maşınları üçün ödəniş daha çox olacaq


Digərləri 24 Yan 2019 22:26:00 195 0

Yük maşınları üçün ödəniş daha çox olacaq

Azərbaycanda pullu yol sistemi bu ilin sonuna kimi Ələt-Astara-İran sərhədi avtomobil yolunda tətbiq ediləcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli 'açıqlayıb.

Yolun Salyandan başlayaraq 170 km-lik hissəsi pullu olacaq. Artıq müasir sistemlərin alınması üçün müqavilə bağlanılıb və müvafiq vəsait ayrılan kimi bu avadanlıqlar ölkəmizə gətiriləcək.

Bundan başqa, yaxın günlərdə yolun Astara və Salyan rayonları ərazisindəki giriş-çıxış hissəsi də geniləndiriləcək. Eyni zamanda, bütün yol qovşaqlarında da xüsusi avadanlıqlar qurulacaq ki, sürücü ordan çıxdıqda alın şüşəsinə vuracağı kartdan yolun pulu avtomatik qaydada çıxılacaq.