ABŞ Maduro hökumətini gəlir mənbələrindən məhrum etməyə çalışır


Dünya 24 Yan 2019 22:16:00 238 0

ABŞ Maduro hökumətini gəlir mənbələrindən məhrum etməyə çalışır

ABŞ administrasiyası hazırkı mərhələdə diqqətini Venesuela prezidenti Nikolas Maduro hökumətini gəlir mənbələrindən məhrum etməyə yönəldib.

Son.az "Report"a istinadən bildirir ki, bunu cümə axşamı Ağ evdə jurnalistlərlə söhbətində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton deyib.

O, "ABŞ hökumətinin çərşənbə günü Venesuela ilə bağlı "bütün variantlar"ın nəzərdən keçirilməsi ilə bağlı səsləndirdiyi bəyanatın, Vaşinqtonun Maduro hökumətinə qarşı hərbi güc tətbiq edə biləcəyi anlamına gəlirmi?" sualını belə izah edib:

"Düşünürəm ki, bu [bəyanat] özü özünü izah edir. Bu gün bizim diqqətimizi cəmləşdirdiyimiz yeganə şey, qanunsuz Maduro rejimini gəlir mənbələrindən məhrum etməkdir".