Saçların yağlı olmasının


Digərləri 24 Yan 2019 22:05:00 249 0

Saçların yağlı olmasının

Dərimizin üzərində çoxlu sayda piy vəziləri var.

Piy vəziləri xüsusi sekret - dəri piyi ifraz edir ki, bu piy dərini yumşaldır, onun elastikliyini təmin edir, qurumasının qarşısını alır, dəridə bakterilərin, göbələklərin, virusların çoxalmasına mane olur. İnsan yaşlaşdıqca dəri piyinin ifrazı azalır, məhz bu səbəbdən yaşlı insanların dərisi və saçları quru olur.

Bəzi insanlarda dəri az miqdarda piy ifraz edir, bu halda dəri daha quru olur. Digərlərində isə əksinə dəri həddət artıq miqdarda piy ifraz edir ki, bu dərinin çox yağlı olmasına səbəb olur.

Son.az saglamolun.az-a istinadən bildirir ki, baş dərimiz də çoxlu miqdarda piy ifraz edir. Bu saçların elastik, hamar və sağlam olması üçün lazımdır. Baş dərisi lazım olandan az miqdarda piy ifraz etdikdə saçlar çox quru olur, qırılır, tökülür. Lakin bəzən insan hiss edir ki, onun saçları çox tez yağlanır. Belə insanlar hər gün, hətta gündə 2 dəfə saçlarını yumağa məcbur olur. Piyin daim hiperproduksiyası kəpəyin, yağlı seboreyanın əmələ gəlməsinə səbəb olur, saçlar korlanır, nazikləşir, tökülür.

Saçların həddən artlq yağlılığının səbəbləri müxtəlif ola bilər:

- İrsiyyət. Bu əsas səbəblərindən biridir. Əgər sizin yaxın qohumlarınızın əksəriyyətində saçlar çox yağlıdırsa, sizin də saçlarınız yağlı olacaq. Bu halda saçların artıq yağlılıqla mübarizə aparmaq çətindir, lakin mümkündür.