Azərbaycanlı gənclər Tbilisidə gürcü dilində tamaşa təqdim edib FOTO


Digərləri 24 Yan 2019 22:07:00 342 0

Azərbaycanlı gənclər Tbilisidə gürcü dilində tamaşa təqdim edib  FOTO

Tbilisidə Akaki Xorava adına Aktyorlar Evində yerli azərbaycanlı gənclərin yaratdığı "Era" teatrının təqdimatında "Bu yolun son dayanacağı" adlı tamaşa nümayiş etdirilib.

Son.az "Report"a istinadən bildirir ki, gürcü dilində olan tamaşanın müəllifi və quruluşçu rejissoru Anar Rafiqoğludur.

Tamaşa "Yaşılay Cəmiyyəti"nin "Gürcüstanda zərərli vərdişlərə qarşı sənət vasitəsi ilə maarifləndirilmə və təbliğat" layihəsi çərçivəsində hazırlanıb.

Nümayişdən öncə çıxış edən təşkilat sədri Zviad Koçalidze bildirib ki, tamaşanın hazırlanmasında əsas məqsəd insanlar arasında yayılmış zərərli vərdişlərə qarşı əks-təbliğat aparmaqdır:

"Era" teatrı ilə əməkdaşlıqdan çox məmnun qaldıq. Kollektivi təbrik edirəm. Tamaşa azərbaycanlıların sıx yaşadığı Dmanisi, Bolnisi və Qardabani rayonlarında da Azərbaycan dilində nümayiş etdiriləcək".

Səhnə əsərində rolları Rabil İsmayılov, Mandar Sərdarov, Ləman Məmmədova və Sali Ömərova canlandırıblar.


Xəbərə aid fotolar