Azərbaycanlılar xarici səfər üçün ilk növbədə bu ölkələri seçiblər


Digərləri 24 Yan 2019 22:00:00 198 0

Azərbaycanlılar xarici səfər üçün ilk növbədə bu ölkələri seçiblər

Ötən il ərzində Azərbaycan vətəndaşları daha çox İrana səfər ediblər

Bakı. İlhamə İsabalayeva - Ötən il ərzində xaricə gedən Azərbaycan vətəndaşlarının çox hissəsi İrana, daha sonra isə Gürcüstana səfər ediblər. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2018-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 19,5 faiz artaraq 4908,1 min nəfər olub. Ölkə vətəndaşlarının 33,6 faizi İran, 29,2 faizi Gürcüstan, 18,9 faizi Rusiya Federasiyası, 12,3 faizi Türkiyə, 1,4 faizi Ukrayna, 0,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,7 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 65,3 faizi kişilər, 34,7 faizi isə qadınlar olub.