Həzrət Zəhranın çadrası 80 yəhudini hidayət etdi


Digərləri 24 Yan 2019 21:45:00 231 0

Həzrət Zəhranın çadrası 80 yəhudini hidayət etdi

Bir gün Əmirəl-möminin (ə) Zeyd adlı bir yəhudidən bir qədər arpa borc alır. Həzrət Zəhranın (s.ə) yun çadrasını borcun müqabilində girov kimi onun yanında qoyur.

Son.az deyerler.org-a istinadən bildirir ki, yəhudi o çadranı evinə aparır. O zaman ki, gecə olur, yəhudinin həyat yoldaşı çadra olan otağa gedir. Birdən o, həmin çadradan saçan nuru görür ki, bütün otağı işıqlandırmışdı. Qadın bu heyrətli halı görüb, fəryad çəkir. Ərini çağırır və gördüklərini ona danışır.

Əri çox təəccüblənir. O, tamamilə yadından çıxarmışdı ki, Həzrət Zəhranın (s.ə) çadrası o otaqda idi. Otağa daxil olanda görür ki, çadra bir günəş kimi nur saçır və otağı işıqlandırır.

O, bu mənzərəni müşahidə etdikcə, daha çox təəccüblənir. Yəhudi, həyat yoldaşı ilə birlikdə bu xəbəri yayırlar.