Qadın niyə xəyanət edir?


Digərləri 24 Yan 2019 21:25:00 253 0

Qadın niyə xəyanət edir?

Aldatma və xəyanət insan cəmiyyətinin yarandığı ilk zamanlardan günümüzə qədər aktual olmaqla birlikdə, insanı xəyanət etməyə sövq edən səbəblərin nələr olduğu daima müzakirə mövzusu olmuşdur.

Son dövrlərdə qadın xəyanətlərinin bu qədər artmasının səbəbi kimi qadınların iş həyatına aktiv şəkildə daxil olması, cəmiyyət işlərində fəal olaraq iştirak etməsi, kişilərin ictimai-sosial hegemoniyasının zəifləməsi, qadının öz ayaqları üstündə dura bilməsi, kişilərin qarşı cinslə münasibət qurmasının asanlaşması kimi faktorlar göstərilə bilər.

Son.az dusunce.az-a istinadın bildirir ki, xəyanətin konkret dəqiqləşmiş tərifi olmadığına görə, bu vəziyyət hər insanın düşüncə tərzindən asılı olaraq dəyişir. Bəziləri üçün yalnız cinsi münasibət aldatma sayılsada, kimiləri üçünsə gizli bir görüş, qarşı cinslə olan adi bir online söhbət və ya emosional yaxınlıq aldatma kimi qəbul edilə bilir.

Psixoloji ədəbiyyatlarda xəyanətkar insanlar adətən əsasən asılı şəxsiyyət tipinə malik olan insanlar kimi xarakterizə edilirlər. Hələ uşaq yaşlarından yanlış tərbiyə nəticəsində valideynləri tərəfindən narsist (özünü həddindən artıq sevən və olduğundan yüksək qiymətləndirən) şəxsiyyət kimi formalaşdırılan uşaqlar, yetkin olduqdan sonra xəyanət etməyə daha cox meylli olurlar. Bunun əsas səbəbi kimi bu tiplərin, özlərini digərlərindən daha üstün görməsi, hər zaman bir alternativlərinin olduğunu düşünmələridir .Bu tip şəxslər xəyanət etməklə bərabər, həyatda yalnız qalmaqdan çox qorxduqları üçün mövcud ailələrini və ya sevgi münasibətlərini çətinliklədə olsa qoruyub saxlamağa və davam etdirməyə çalışırlar.

Qadın xəyanətlərində həm fiziki, həm də emosional səbəblər mühüm rol oynayır. Qadın xəyanətlərinin kişi xəyanətləri ilə bəzi ortaq nöqtələri olsa da, ümümi götürdükdə qadınlar bir neçə səbəbdən dolayı xəyanət edirlər.

Ən geniş yayılmış səbəb kimi, qadının intiqam almaq hissləri göstərilir. Yəni hər hansı bir xanım yoldaşının ona xəyanət etdiyini düşündüyü andan etibarən, intiqam almaq və acıq çıxmaq üçün xəyanət edib, qarşı tərəfə bərabər statusda olduqlarını sübut etməyə çalışır. Bəzən qadın bunu yalnız bir dəfə etməklə kifayətləndiyi halda, bəzən isə yoldaşı xəyanətə davam etdiyi müddətdə, o da xəyanəti davam etdirir.