Ölənlərimizin dəfn olunduqları gecədə bizdən gözlədikləri 11 əməl


Digərləri 24 Yan 2019 21:10:00 186 0

Ölənlərimizin dəfn olunduqları gecədə bizdən gözlədikləri 11 əməl

Bizlərin bir çoxu hansısa əzizimizi itirmiş və o biri dünyaya yola salmışıq. Bəs ölənlərimiz torpağa tapşırılan ilk gecədə bizdən nə gözləyirlər?

Son.az deyerler.org-a istinadən bildirir ki, onların dünya ilə əlaqəsi tam kəsilmədiyi üçün, hələ də yaxınlarından xeyir işlər və dua gözləntisində olurlar.

İnsanın öldüyü gecə - həyatının ən mühüm hadisələrindən biridir. Ölənlər bu gecədə sual-cavab olarlar. Ruhları dünyadan tamamilə əlaqəsini kəsər. Məsumlarımız (ə) məhz bu gecədə ölənləri gözləyən qəbir sıxıntısından xəbər vermişdilər ki, onlara dua və namazlarımızın yardımı ilə kömək edə bilərik. Bu əməllər ilə tanış olaq.

1. Həzrət Peyğəmbər (s) buyurur: "Meyitə elə hədiyyə və töhfə göndərilməmişdir, məgər o halda ki, istiğfar və tövbədən üstün olsun. Əgər övladı vardırsa, onun istiğfarı hər bir başqa şəxsdən daha üstündür".

Ona görə də Məsumlarımız (ə) tövsiyə edirlər ki, yaxınlarının öldüyü gecə bir çıraq və ya işıqlandırma ilə qəbirlərinin üstünə gedib, onlar üçün bağışlanma istəsinlər.

2. Meyitin öldüyü gecədə sədəqə verin. Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, insan, öz öləninin niyyəti ilə sədəqə verər, Allah Cəbrayilə (ə) əmr edər ki, 70 min mələk həmin sədəqəni onun qəbrinə aparsınlar. Hər bir mələyin əlində bir qab olar ki, onu qəbrə aparar. Deyər: "Salam olsun sənə! Bu filankəs tərəfindən olan hədiyyədir ki, sənin üçün gəlmişdir". Sonra qəbri nurani olar".

3. Meyit üçün dua edin.

4. Əgər meyitin qəza namazı vardırsa, onu əda edin. Əgər qəzası yoxdursa, hədiyyə niyyətilə iki rükət müstəhəb namaz qılın.

5. Meyitin öldüyü ilk gecədə 40 nəfər yoxsul Əhli-Beyt (ə) davamçısına yemək verin.