Köhnə avtomobillərin istifadəsi qadağan olunacaq,


Digərləri 24 Yan 2019 19:51:00 236 0

Köhnə avtomobillərin istifadəsi qadağan olunacaq,

"Elə bir icra mexanizmi hazırlanmalıdır ki, həm dövlətin, həm də əhalinin maraqları qorunsun"

Köhnəlmiş və texniki təhlükəsizlik səviyyəsi aşağı olan nəqliyyat vasitələri dövriyyədən çıxarılacaq. Bu, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb. Proqramda təhlükəsiz nəqliyyat vasitələri istiqaməti üzrə bu tədbirin həyata keçirilməsi nəzərdə tutulub.

Son.az bildirir ki, Azərbaycan Texniki Universitetinin (ATU) Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov köhnə avtomobillərin dövriyyədən çıxarılmasını Sputnik Azərbaycan-a şərh edib.

Onun sözlərinə görə, bu məsələnin Dövlət Proqramına salınması çox müsbət addımdır və bu istiqamətdə bir neçə variant var: "İlk variant təbii gedən bir prosesdir. Fiziki köhnəlmə nəticəsində nəqliyyat vasitələrinin istismardan çıxarılması uzun müddət davam edir. Vaxtilə ilk dəfə özəlləşmə prosesində böyük avtobus, avtomobil parklarındakı nəqliyyat vasitələrini sürücülərə verdilər. Burada söhbət şəxsi avtomobillərdən getmir. Sürücülər də onlardan müəyyən qədər istifadə etdilər".

"Hər bir nəqliyyat vasitəsi müəyyən vaxtdan sonra öz resurslarını itirir. Ona görə də həmin nəqliyyat vasitələri yavaş-yavaş, avtomatik olaraq sıradan çıxdı. Və yaxud həmin nəqliyyat vasitələri bir müddətdən sonra rayonlara göndərildi və orada da bir müddət istifadə olundu. Bu, birinci variantdır, yəni təbii olaraq fiziki köhnəlmə nəticəsində sıradan çıxmaq" - deyə Eyyubov bildirib.