Pluton planeti haqqında bu günə qədər


Digərləri 24 Yan 2019 19:54:00 303 0

Pluton planeti haqqında bu günə qədər

Pluton planeti 1930-cu ildə kəşf edilib.

Son.az "ölkə.az"a istindən bildirir ki, yeni planet kəşf ediləndə alimlər ən yaxşı ad üçün müsabiqə də keçiriblər. Bu və ya digər faktlarla oxucuları tanış edirik.

1. Bütün dünyadan təkliflər yağmışdı. Oksford sakini, 11 yaşlı Venesiya Berni düşündü ki, bu planet üçün ən yaxşı ad qədim yunan mifologiyasının yeraltı dünyasının tanrısı Plutonun adı daha uyğundur.

Louell rəsədxanasında üç ad səsverməyə çıxarıldı: Pluton, Minerva və Xronos.

Venesiyanın təklif etdiyi ad seçildiyi üçün ona 5 funt sterlinq mükafat verildi.

2.Monoqramma

Plutonun astronomik simvolu PL-dir. Bu, Günəş sistemində belə bir planetin mövcudluğunu əvvəlcədən deyən astronom Persival Louelin adının baş hərfləridir. Rəsədxana da alimin şərəfinə adlandırılıb.

3.Cırtdan planet statusu

2006-cı ildə Plutonun statusu aşağı salındı və "N 134340" adlı cırtdan planetə çevrildi.

4.Pluton niyə cırtdana çevrildi?

Pluton 76 il planet statusu daşıyıb. Amma 2005-ci ildə alimlər Plutondan 27% ağır olan Eridanı kəşf etdilər. Bu kəşfdən sonra Pluton cırtdan planet adlandırıldı.

5.Plutonun 5 peyki var

Plutonun 5 peyki var. Onlardan ən böyüyü Xaron adlanır və diametri Plutonun diametrinin yarısı qədərdir. Plutonun digər peykləri isə bunlardır: Stiks, Nikta, Kerber və Qidra.

6.Plutonun atmosferi

Pluton yeganə planetdir ki, atmosferi azot, metan və karbon monooksiddən ibarətdir. Bu atmosfer insan üçün zəhərlidir və Günəşə yaxınlığına görə dəyişir. Pluton Günəşə daha yaxın olanda atmosfer qazla dolur. Maksimal uzaq məsafədə isə qara çevrilir və planetin səthinə yağır.


Xəbərə aid fotolar