“Utanmırsan, məni niyə parodiya edirsən?”


Şou-biznes 24 Yan 2019 19:59:00 196 0

“Utanmırsan, məni niyə parodiya edirsən?”

Son.az xəbər verir ki, ARB TV-nin "Səhər-Səhər" proqramına müsahibə verən Əməkdar artist Cavanşir Məmmədov onu parodiya edənləri qınayıb:

"Bu mümkün olan şey deyil ki, məni, səni parodiya etsin, sənə də ləzzət etsin. O yalandır. 2 variant var. Ya gərək durub çıxıb gedəsən, ya da çıxıb səhnəyə deyəsən ki, utanmırsan, məni niyə parodiya edirsən? Sənin özünü parodiya edən lazımdır. Mənlə Firüzə xanımı parodiya edəndə məndən dublyonkamı, üzüyümü, saatımı istəmişdilər. Mən də dedim ki, verə bilmərəm. Aktyordu o, səhnədə tərləyəcək. Sonra da kimyavi təmizləmədə tükləri töküləcək. Özümü onlardan yaxşı tanıyıram. Bilirəm ki, nə etsələr də gülməli alınmayacaq. Nə var budur. Bunun nəyini parodiya edirsən?".


Xəbərə aid foto