72 yaşlı qadın oğlunun dəfnində tanış olduğu 19 yaşlı gənclə evləndi


Digərləri 24 Yan 2019 19:41:00 297 0

72 yaşlı qadın oğlunun dəfnində tanış olduğu 19 yaşlı gənclə evləndi

6 nəvəsi olan 72 yaşlı Almeda Errell oğlunun dəfn mərasimində tanış olduğu 19 yaşlı gəncə aşiq olub.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bir-birini sevən cütlük 3 il əvvəl ailə qurub.

Almeda ilk əri ilə 43 il bir yerdə yaşayıb. Qadının 45 yaşlı Robert adlı oğlu vəfat edib. Almeda özündən 53 yaş cavan Qeri Hardviklə dəfndə tanış olub. İndi 74 yaşlı Almedanın ərinin 21 yaşı var. Cütlük insanların onlar haqqında səsləndirdiyi tənqidləri veclərinə almadıqlarını qeyd ediblər.

"43 il ərdə olum. Çox öpüşüb qucaqlaşmadım, romantika yox idi. İndi isə hər şey fırtına kimidir. Hər zaman bir-birimizə iltifat edir və öpüşürük.

Münasibətimizin kefini çıxarırıq. Çox romantikdir", - deyə Almeda deyib.


Xəbərə aid fotolar