Nazirlik vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vuran halları açıqladı (FOTO)


Digərləri 24 Yan 2019 19:38:48 195 0

Nazirlik vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vuran halları açıqladı (FOTO)

Qeyri-rəsmi məşğulluq hallarının qarşısının alınması üçün işəgötürənlər arasında növbəti maarifləndirmə tədbiri keçirilib

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakının Xəzər rayonunda “Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” və “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularında seminar keçirib. Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Xəzər, Sabunçu və Pirallahı rayonlarının ayrı-ayrı işəgötürənləri, həmkarlar təşkilatlarının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli bölmələrinin rəhbərləri, Vergilər Nazirliyinin nümayəndəsi iştirak ediblər. Seminarda əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə məlumat verilib.