Dövlət Dumasının rəhbəri “Google” şirkətini təhdid etdi


Dünya 24 Yan 2019 19:04:00 202 0

Dövlət Dumasının rəhbəri “Google” şirkətini təhdid etdi

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin tövsiyə edib ki, "Google" şirkətinin nümayəndəsi parlamentə dəvət edilsin.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, buna səbəb kimi "Google" internet-axtarış sisteminin xəritələrində Krım yarımadasının Rusiya ərazisi kimi qeyd olunmaması göstərilib. Volodinin fikrincə, bununla "Google" Rusiya Konstitusiyasını pozur.