Gürcüstanda Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Avaqyana büstün qoyulması məsələsi XİN-in nəzarətindədir


Digərləri 24 Yan 2019 18:29:00 213 0

Gürcüstanda Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Avaqyana büstün qoyulması məsələsi XİN-in nəzarətindədir

Gürcüstanda Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Avaqyana büstün qoyulması məsələsi XİN-in nəzarətindədir.

Bakı. Ləman Zeynalova - Rəsmi Bakı Gürcüstanın Buqaşen qəsəbəsində Axalkalaki bələdiyyəsi tərəfindən Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Mixail Avaqyana büstün qoyulması ilə bağlı Gürcüstan tərəfinə etirazını bildirib. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib. O qeyd edib ki, bu ilin 20 yanvar tarixində Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğalında və bu ərazilərdəki azərbaycanlıların qətlində birbaşa iştirak edən Mixail Avaqyana büstün qoyulması ilə əlaqədar olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri tərəfindən dərhal Gürcüstan XİN-də görüş keçirilərək ölkəmizin qeyd olunan məsələ ilə bağlı etirazı qarşı tərəfin diqqətinə çatdırılıb: "Eyni zamanda, Gürcüstanın ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət edilərək, ölkələrimiz arasında mövcud olan ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin ruhuna cavab verməyən bu halın aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlərin görülməsi tələb edilib. Məsələ Xarici İşlər Nazirliyinin nəzarətindədir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin