“Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı işçi qrupu yaradılacaq


Digərləri 24 Yan 2019 17:44:00 251 0

“Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı işçi qrupu yaradılacaq

Milli Məclisin yaz sessiyası ərzində "Ali təhsil haqqında" qanun layihəsinin hazırlanması üçün işçi qrupun yaradılması nəzərdə tutulur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

İ.Həbibbəylinin sözlərinə görə, yaz sessiyası ərzində "Ümumi təhsil haqqında" qanun layihəsinin ikinci və üçüncü oxunuşda müzakirəsi də nəzərdə tutulur: "Fevral-mart ayında "Ümumi təhsil haqqında" qanun layihəsi ikinci oxunuşdan keçsə, 3-cü oxunuş apreldə baş tuta bilər. Apreldə isə "Ali təhsil haqqında" qanun layihəsinin hazırlanması üçün iş qrup yaradacağıq".