"Özəl məktəblərdə təhsil haqlarında süni şişirtmələrə yol verilir"


Digərləri 24 Yan 2019 17:49:00 249 0

"Özəl məktəblərdə təhsil haqlarında süni şişirtmələrə yol verilir"

Azərbaycanda özəl təhsil müəssisələrində təhsil haqlarının tənzimlənməsi üçün müvafiq nəzarətin həyata keçirilməsi təklif edilir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, özəl məktəblərdə təhsil haqları fərqlidir, hətta süni şişirtmələrə də yol verilir.

Komitə sədri hesab edirki, bu məsələdə tənzimləyici mexanizmin olmasına ehtiyac duyulur: "Bu sahədə vahid qiymətlərin tətbiqi bazar iqtisadiyyatının tələblərinə uyğun deyil. Özəl məktəblərdə ödənişli təhsilin qiyməti tələb-təklif əsasında, sərbəst şəkildə müəyyən edilməlidir. Buna görə də "Ümumi təhsil haqqında" qanuna belə bir maddənin əlavə edilməsi yaxşı olardı ki, qiymətlər əmək bazarının tələatına uyğun olaraq, tələb-təklif prinsipi əsasında müəyyən edilsin və müvafiq icra hakimiyyəti orqanı bələdiyyə və özəl məktəblərdə təhsil haqlarının tənzimlənməsi üçün müvafiq nəzarəti həyata keçirsin. Hesab edirik ki, bu sahədə tənzimləyici işə ehtiyac var".