Təbəssümü ilə qəlbləri isidən aktrisanın rəngli stilləri –


Digərləri 24 Yan 2019 17:39:00 302 0

Təbəssümü ilə qəlbləri isidən aktrisanın rəngli stilləri –

Bu yaxınlarda oğlu böyüyənə qədər alkoqollu içkilərdən imtina etdiyini elan edən 36 yaşlı aktrisa Enn Heteuey 4 fərqli stili ilə modapərəstləri heyran edib.

Son.az publika.az-a istinadən xəbər verir ki, aktrisa Mettyu Makkoxani ilə birlikdə "Serenity" filminə çəkilib. Sözügedən filmin tanıtımı çərçivəsində aktrisanın çıxışları davam edir. Bu münasibətlə kino ulduzu dünən bir neçə tədbirdə iştirak edib. O, əlbəttə ki, hər çıxışı üçün müxtəlif libaslar seçərək pərəstişkarlarını özünə valeh edib.

Enn Heteuey Nyu-Yorkda baş tutan təqdimat gecəsinə əri Adam Şlumanla birlikdə gəlib. İlk çıxışı üçün aktrisa tünd rənglərdən ibarət dəst seçdi. O, sadə qara "vodolazka"nı "Givenchy" moda evinin mavi tonlarda abstrakt naxışlı yubkası ilə tamamlayıb.

Daha sonra o, bir neçə teleşounun qonağı olub. Ulduzun ikinci obrazında birincinin əksinə olaraq parlaq tonlar üstünlük təşkil edib. İsti təbəssümü ilə qəbləri isidən artist çəhrayı sarı rəngin vəhdəti ilə tamaşaçıları müsbət enerji ilə doldurub. Dəstin əsas tamamlayıcısı "Gabriela Hearst" moda evindən olan orijinal çanta olub. Aktirsanın obrazından diqqət çəkən əsas detal yarımşəffaf dikdabanları olub.


Xəbərə aid fotolar