İlk robot məşqçi - İngiltərə klubunda


İdman 24 Yan 2019 17:23:00 213 0

İlk robot məşqçi - İngiltərə klubunda

Goal.az xəbər verir ki, 7-ci liqa klubu, baş məşqçi vəzifəsinə robot gətirərək, yenilik edib. Klubdan verilən açıqlamada bildirilir ki, süni zəka vasitəsilə ən yaxşı komandanı yaratmaq üçün bəzi oyunlarda süni intellektdən istifadə ediləcək.

İngiltərənin 7-ci liqasında mübarizə aparan Wingate Finchley klubu yaşıl meydanlarda bir ilkə imza atıb.

Robot baş məşqçinin ilk oyunu 9 fevralda həvəskar komandalardan olan Whitehawk-la keçiriləcək qarşılaşmaya təsadüf edəcək. Süni intellekt vasitəsilə bu oyunun start heyətləri, düzülüşü və taktiki sxemi müəyyənləşdiriləcək.

Komandanın baş məşqçisi Deyv Norman da bu yeniliyə dəstək olaraq, “Futbolun əsası, komandanı idarə edən insan olsa da, robot olsa da, eynidir. Bu sistemin uğurlu olacağına inanıram” deyib.