Bacısı qızına təcavüz edən dayı hakim qarşısında


Digərləri 24 Yan 2019 17:09:00 246 0

Bacısı qızına təcavüz edən dayı hakim qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Eldar Mürsəlovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

İttihama münasibət bildirən E.Rəsulov özünü günahkar bilməyib. O, azyaşlıya təcavüz etmədiyini deyib. 

Proses yanvarın 31-də davam etdiriləcək.