Yüksək keyfiyyətli ali təhsil ocağı – “UNEC-100”


Digərləri 24 Yan 2019 17:04:00 224 0

Yüksək keyfiyyətli ali təhsil ocağı – “UNEC-100”

2030-cu ilədək dövrü əhatə edən “UNEC-100” İnkişaf Strategiyasının məqsədlərindən biri yüksək keyfiyyətli ali təhsil ocağına çevrilməkdir.

Bakı. 2030-cu ilədək dövrü əhatə edən “UNEC-100” İnkişaf Strategiyasının məqsədlərindən biri yüksək keyfiyyətli ali təhsil ocağına çevrilməkdir. Universitetdən Trend-ə verilən məlumata görə, strategiyaya əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu məqsədə nail olmaq üçün yüksək bal toplayaraq universiteti seçən abituriyentlərin sayını artırmağı, orta keçid balını 500-ə yüksəltməyi, tədris prosesini daim təkmilləşdirməyi, akademik heyətinin peşəkarlıq səviyyəsini və 40 yaşadək professor-müəllim heyətinin payını davamlı yüksəltməyi, təhsil proqramlarının beynəlxalq akkreditasiya olunmasını, tələbələrin təqaüd və yataqxana ilə təminolunma imkanlarını artırmağı, ölkədə və regionda ən geniş distant təhsil xidmətləri göstərməyi hədəfləyib. Sənəddə hər bir hədəfə nail olmaq üçün stratefi fəaliyyətlər əks olunub. Ölkədə orta təhsilin keyfiyyətinin yüksəldilməsinə və şagirdlərin ilkin iqtisadi biliklərinin formalaşdırılmasına dəstək verilməsi, təhsil proqramları ilə bağlı tanıtım tədbirlərinin genişləndirilməsi, baza məktəblərinin sayınına artırılması UNEC-in strateji fəaliyyətləri kimi göstərilib.