Azərbaycan və İran birgə avtomobil istehsal edəcək


Digərləri 24 Yan 2019 16:50:00 223 0

Azərbaycan və İran birgə avtomobil istehsal edəcək

Azərbaycan və İranın müştərək avtomobil zavodu olan "AzerMaş-İKCO" fevral ayının ortalarından Neftçala sənaye parkında "Peugeot" avtomobilinin istehsalına başlayacaq.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "AzerMaş"ın sədri Emin Axundov açıqlama verib.

"Xəzər-Pejo" adlı yeni avtomobillər avtomatik ötürücülər qutusu ilə təchiz olunacaq. "AzərMaş-IKCO" şirkətinin istehsal həcmi ilə 10 min avtomobil olacaq. Birinci mərhələdə (2019-cu ilin sonuna) altı min avtomobil istehsal olacaq. Müəssisənin ilə iki min avtomobil ixrac edəcəyi gözlənilir. Müəssisə 300 nəfəri işlə təmin edəcək.