Lahıcda modul tipli ilk məktəb quraşdırılıb


Digərləri 24 Yan 2019 16:59:00 230 0

Lahıcda modul tipli ilk məktəb quraşdırılıb

Yanvarın 24-də Təhsil Nazirliyi İsmayıllı rayonuna mediatur təşkil edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, media nümayəndələri və təhsil ekspertləri Gəndov kəndindəki modul tipli məktəblə, daha sonra Lahıc qəsəbə tam orta məktəbi ilə tanış olublar. 

İlk dəfə ucqar kəndlərdə qəzalı məktəblərin yeni binalarla əvəz edilməsi çərçivəsində modul tipli məktəb təcrübəsi Lahıcda tətbiq edilib. Bildirilib ki, 2018-ci ildə quraşdırılan məktəbdə 44 şagird təhsil alır. 


Xəbərə aid fotolar