"Viski masasında oturan qadın ailəmi dağıtdı"


Şou-biznes 24 Yan 2019 16:46:00 282 0

"Viski masasında oturan qadın ailəmi dağıtdı"

Xəbər verdiyimiz kimi, aktyor Fərda Xudaverdiyev ilk həyat yoldaşından ayrılıb, ikinci dəfə ailə qurub. Hətta onun üçüncü oğlu da dünyaya gəlib. 

Son.az axşam.az-a istinadən bildirir ki, aktyorun ötən gün xəbəri təsdiqləməsi və övladlarının şəklini "Üç aslanım: Mətinim, Aminim, Raulum" başlığı ilə paylaşması ilk xanımı Günel Xudaverdiyevanı özündən çıxarıb. 

Səssizliyini pozan Günel açıqlamasında qalmaqallı sözlər deyib:

"Fərda Xudaverdiyevin ilk və əsl həyat yoldaşı olmuşam. Amin və Mətini dünyaya gətirən ana mənəm. 9 illik xoşbəxt ailə həyatım var idi. Qayınanam, baldızım, qayınatamla heç bir problemim olmayıb. Lakin bu qadın, yəni Raulun anası ailəmdə dəfələrlə problem yaradıb. 9 il kənardan bu ailəni dağıtmaq üçün əlindən gələni edib. O qadın dəfələrlə Fərdanın viski masasında olub. Sonda ailəmizin dağılmasında səbəb o və dünyaya gətirdiyi uşaqdır.