Barcelona Suarezə xəbərdarlıq etdi


İdman 24 Yan 2019 16:32:00 233 0

Barcelona Suarezə xəbərdarlıq etdi

Barcelona-nın yarımmüdafiəçisi Denis Suarez gələcəyi ilə bağlı qərar verməlidir.

Goal.az Cdena SER nəşrinə istinadən xəbər verir ki, bununla bağlı Suarezə xəbərdarlıq edilib. 25 yaşlı futbolçu özünə klub seçməsə, mövsümün sonunadək Kataloniya klubunda forma geyinməyəcək. Barcelona yarımmüdafiəçini 20 milyon qarşılığında Betis-lə Sevilla-ya təklif edir. Suarez isə Arsenal-da oynamaq arzusundadır. İngiltərə klubuna keçidi icarə əsasında mümkündür. Barcelona tam transfer tələb etdiyindən tərəflər razılığa gələ bilmir.