Bakının ən yaxşı saytı olan məktəbləri müəyyənləşdirildi FOTO


Digərləri 24 Yan 2019 16:18:00 339 0

Bakının ən yaxşı saytı olan məktəbləri müəyyənləşdirildi  FOTO

Paytaxtın ümumi təhsil müəssisələri arasında təşkil olunmuş "Ən yaxşı məktəb saytı" müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, Bakının 12 inzibati rayonunu əhatə edən müsabiqənin nəticələrinə görə, Binəqədi rayonu üzrə 246 nömrəli məktəb-lisey, Sabunçu rayonu üzrə 67, Xətai rayonu üzrə 191, Nərimanov rayonu üzrə 177, Pirallahı rayonu üzrə 168, Qaradağ rayonu üzrə 184, Suraxanı rayonu üzrə 84, Xəzər rayonu üzrə 156, Nəsimi rayonu üzrə 164, Nizami rayonu üzrə 210, Səbail rayonu üzrə 189-190, Yasamal rayonu üzrə 18 nömrəli tam orta məktəblər münsiflər heyəti tərəfindən qalib seçiliblər.

Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev bildirib ki, müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə həyata keçirilir.

R.Tağıyev ən yaxşı məktəb saytlarının seçimində ümumi təhsil müəssisələrinin fəaliyyətinin geniş ictimaiyyətə operativ şəkildə çatdırılması, təhsil müəssisələrinin əldə olunan uğurları və qarşıda duran vəzifələri haqqında əhatəli informasiyaların verilməsi, saytlarda xəbərlərin mütəmadi yenilənməsi, xəbərlərin məzmun səlisliyi və dolğunluğu kimi meyarların əsas tutulduğunu vurğulayıb.


Xəbərə aid fotolar