“Valyuta və valyuta mübadiləsi” haqqında qanunda dəyişiklik


Dünya 24 Yan 2019 15:55:00 260 0

“Valyuta və valyuta mübadiləsi” haqqında qanunda dəyişiklik

Fevral ayından etibarən Ukrayna poçtunda valyuta mübadiləsi mümkün olacaq

Fevral ayından etibarən Ukrayna poçtunda valyuta mübadiləsi mümkün olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, "Valyuta və valyuta mübadiləsi" haqqında qanuna edilən dəyişikliklərə əsasən, vətəndaşlar xarici valyutanı yalnız bank və valyuta mübadilə obyektlərində deyil, həm də Ukrayna poçtunun şöbələrində alıb-sata biləcəklər. Dəyişikliklər fevralın 7-dən etibarən qüvvəyə minəcək.

Poçt rabitə əməliyyatçıları müəyyən şərtlərə əsasən valyuta əməliyyatları həyata keçirəcəklər. Bunun üçün Ukrayna Poçt Administrasiyası artıq ölkənin Milli Bankından lisenziya da alıb. Bu şərtlərə görə Ukrayna poçtunun bütün ölkənin 50 faizdən çox ərazisində yerləşən 50-dən yuxarı struktur bölməsi olmalıdır. Eyni zamanda, poçt rabitə xidmətlərinin təqdim olunması sahəsində göstərəcəkləri xidmətdən 50 faizdən az olmamaq şərtilə gəlir əldə olunmalıdır.