Nisə Qasımovadan sevənlərinə ŞAD XƏBƏR


Kriminal 24 Yan 2019 16:00:00 385 0

Nisə Qasımovadan sevənlərinə ŞAD XƏBƏR

2019-cu ilin aprel ayında Heydər Əliyev Sarayında Xalq artisti Nisə Qasımovanın solo konsertinin keçirilməsi planlaşdırılır.

Son.az xəbər verir ki, konsert proqramında Nisə Qasımova repertuarında yer alan və musiqisevərlər tərəfindən sevilən "Sənsən həyatım", "Gözləyəcəm", "Eşqimə sönməyə qoymaram", "Qəşəngdir", "Sədaqətim var", "Yalvarıram", "Qayıtdım", "Azərbaycan qızıyam" və sairə dillər əzbəri olan köhnə və yeni mahnılarını səsləndirəcək. Müğənni konsertdə həmçinin dünya xalqlarının mahnılarını ifa edəcək.

Möhtəşəm konsertin tezliklə satışa çıxarılacaq biletlərini şəhərin mərkəzləşdirilmiş kassalarından əldə edə bilərsiniz.