Manchester City-dən yeni rekord


İdman 24 Yan 2019 15:52:00 230 0

Manchester City-dən yeni rekord

Goal.az xəbər verir ki, adını finala yazdıran “şəhərlilər”, turnir tarixində yeni rekorda imza atıblar. Manchester City Burton-u iki oyunun nəticəsinə görə 10:0 hesabıyla məğlub edib. İlk oyunda öz meydanında 9 qol vuran “şəhərlilər”, cavab matçında minimal hesabla qalib gəlib. İki oyundan sonra 10:0 hesablı nəticə, İngiltərə Liqa kuboku tarixinin ən yaxşı göstəricisidir.

Manchester City İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin cavab matçında Burton-u 1:0 hesabıyla məğlub edib.

İngiltərə Liqa kuboku tarixinin ən böyükhesablı göstəricisi də bundan əvvəl Manchester City-yə aid idi. Premyer Liqa təmsilçisi 2014-cü ildə iki oyunun nəticəsinə görə West Ham-i 9:0 hesabıyla məğlub edib, növbəti mərhələyə yüksəlmişdi. 

Manchester City-nin finaldakı rəqibi bu gün müəyyənləşəcək. İlk oyunda səfərdə Tottenham-ə 0:1 hesabıyla məğlub olan Chelsea cavab matçını öz meydanında keçirəcək.

Chelsea – Tottenham matçı bu gün, saat 23:45-də start götürəcək.