“Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib


Digərləri 24 Yan 2019 15:48:12 202 0

“Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

Azərbaycanda istifadəçilərin yarısı qurğularında lokal təhlükələrlə üzləşib, istifadəçilərin 36%-i isə internetdə təhdidlərə məruz qalıb.

Bakı. 2018-ci ildə Azərbaycanda istifadəçilərin yarısı (50,1%) qurğularında lokal təhlükələrlə üzləşib, istifadəçilərin 36%-i isə internetdə təhdidlərə məruz qalıb. Bundan başqa, il ərzində “Kaspersky Lab”ın müdafiə həlləri 1 079 667 unikal zərərverici linki bloklayıb. “Kaspersky Lab”dan Trend-ə verilən məlumata görə, mobil qurğular üçün təhdidlərə gəldikdə isə 2018-ci ildə Azərbaycanda bununla hər 20-ci istifadəçi qarşılaşıb. Bununla yanaşı “Kaspersky Lab”ın həlləri 12 298 unikal zərərverici quraşdırma paketini, o cümlədən 1 269 bank troyanını bloklayıb. Bununla belə, ötən il ərzində Azərbaycan istifadəçilərinin ən çox zərərverici proqram təminatı adı ilə qarşılaşdığı hücumlar kriptomaynerlər tərəfindən olub – bu cür təhdidlərlə istifadəçilərin 10,2%-i qarşılaşıb. “Kaspersky Lab”ın Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib: “Rəqəmsal texnologiyalar insanların həyatına rahatlıq və geniş imkanlarla yanaşı yeni risklər də gətirir, əsasən də kibertəhlükəsizlik məsələlərinı lazımi diqqət yetirilmirsə. Kibercinayətkarlar mobil qurğulara hücumlara paralel olaraq özlər üçün yeni hədəflər də müəyyənləşdiriblər – kriptovalyutalar və blokçeyndə maliyyə sistemləri. Məhz bu səbəbdən kibermünaqişələrin mümkün nəticələri və onların qarşısının alınması üsulları haqqında artıq bu gün düşünmək lazımdır”.