Fironun məqbərəsi tam bərpa olundu VİDEO FOTO


Digərləri 24 Yan 2019 15:24:00 292 0

Fironun məqbərəsi tam bərpa olundu  VİDEO  FOTO

ABŞ-ın Los Anceles şəhərindəki " Getty Conservation Institute" və Misirin Əntiq Tarix Nazirliyinin mütəxəssisləri firon Tutanhamonun məşhur məqbərəsinin bərpasını tamamilə başa vurublar.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 1925-ci ildə arxeoloq Hovard Karterin aşkarladığı məqbərələrin rekonstruksiya və bərpa işləri 10 il əvvəl başlamış, 2016-cı ildə yekun mərhələyə qədəm qoymuşdu. Layihə təqribən 3 min il yaşı olan məqbərə binası ilə yanaşı, daxildə divarlara çəkilmiş yazılarla rəsmlərin də bərpasını nəzərdə tuturdu.

"Yeni Çarlıq" dövründə Tutanhamon qədim Misirin ən məşhur fironlarından biri olub. Eramızdan əvvəl 1332-ci ildə 9 yaşında taxta çıxmış firon 9 il sonra qəflətən vəfat edib.