“Cazibə dənizi” “Park Cinema”da başladı FOTO


Digərləri 24 Yan 2019 15:28:00 941 0

“Cazibə dənizi” “Park Cinema”da başladı  FOTO

Stiven Naytın "Cazibə dənizi" filminin qapalı nümayişi dünən "Park Cinema Flame Towers"də keçirilib. Baş rollarda Mettyu MakKonaxi ve Enn Hetuey çəkildiyi film 2019-cu ilin ən gözlənilən filmin statusunu nahaq yerə daşımadığını sübut edərək, tamaşaçıların böyük marağına səbəb oldu. Həmin film bu gündən başlayaraq "Park Cinema"nın kinoteatrlarında yayımlanacaq. 

Bağlı nümayişin qonaqları sırasında Azərbaycan kinosunun nümayəndələri, rejissorlar Emin Mirabdullayev və Samirə Cəfərova, operator Nadir Mehdiyev, səs rejissoru Teymur Kərimov, aktrisa Dəniz Tacəddin və digərləri yer alıb.

"Cazibə dənizi"nin bağlı nümayişinin yanvar ayında "Park Cinema" üçün sonuncu olduğunu vurğulayan kinoteatrlar şəbəkəsinin piar-meneceri Rüstəm Fətəliyev bu ayın sonunda və gələn ayda bir neçə maraqlı layihələrin və premyeraların olacağını bildirdi. 

"İlk növbədə, ayın 26-sı "Park Cinema Flame Towers" və "Park Cinema Metropark"da nümayiş olunacaq koreyalı "BTS" qrupunun film-konsertini vurğulamaq istəyərdim. Azərbaycanda qrupun fanatları kifayət qədər çoxdur, onları konsert zamanı bəzi sürprizlər də gözləyəcək", - deyə Fətəliyev bildirib.

Onun sözlərinə görə, yanvarın 29-da "Park Cinema Flame Towers"da musiqiyə aid olan lisenziya və kopirayt məsələlər üzrə maraqlı bir görüş olacaq. "British Council" tərəfindən təşkil olunan tədbirin qonağı britaniyalı mütəxəssis Kris Kuk olacaq. "Musiqi industriyasında, onunla kinoda, marketinq işlərində, televiziyada, anonslarda istifadə edənlər üçün bu görüş böyük bir maraq kəsb edəcək", - Fətəliyev deyib.