itkin düşən futbolçunun axtarışı davam edir


İdman 24 Yan 2019 15:13:00 261 0

itkin düşən futbolçunun axtarışı davam edir

Xilasedicilər İngiltərənin Cardiff City klubunun yeni futbolçusu Emiliano Salanın da yer aldığı təyyarənin axtarışlarına davam etməyə qərar veriblər.

Goal.az xəbər verir ki, onlar bəzi qalıqlar tapıb, lakin bunun oyunçunun yer aldığı təyyarəyə aid olub-olmadığını müəyyənləşdirməyiblər. Xilasedicilər bu gün sahil axtarışlarına yönəldiləcəklər.

Qeyd edək ki, Fransanın Nantes klubundan Cardiff City-yə keçən Emiliano Sala yanvarın 22-də komanda yoldaşları ilə sağollaşaraq xüsusi təyyarə ilə Uelsə yola düşüb. Ancaq təyyarə ünvana çatmasına 1,5 saat qalmış radardan itib.