Nazirlik: Heç bir əsas olmadan özünüməşğulluq proqramı barədə mənfi rəy yaratmağa çalışmaq peşəkar yanaşma deyil


Digərləri 24 Yan 2019 15:25:44 257 0

Nazirlik: Heç bir əsas olmadan özünüməşğulluq proqramı barədə mənfi rəy yaratmağa çalışmaq peşəkar yanaşma deyil

Heç bir əsas olmadan, müvafiq sorğu verilmədən və rəsmi məlumat alınmadan özünüməşğulluq proqramının icrası işləri barədə mənfi rəy yaratmağa çalışmaq məsuliyyətli və peşəkar yanaşma deyil

Bakı. Özünüməşğulluq proqramının icrası çərçivəsində proqram iştirakçılarına mal və materialların verilməsi prosesi həmin vətəndaşların biznes-planlarına uyğun şəkildə aparılmaqla, bu prosesdə onların məmnunluğu prinsipinə xüsusi diqqət yetirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Trend-ə verilən məlumata görə, mal və materiallar təqdim edilərkən vətəndaşların aktivlərdən məmnun olub-olmaması nəzərə alınır. Hər hansı iştirakçı razı qalmadığı halda həmin şəxsə yenidən mal və materiallar, o cümlədən mal-qara təqdim edilir. Ümumilikdə, özünüməşğulluq proqramı 2018-ci ildə 6,5 dəfə genişlənmiş, 7896 müraciətçidən 7267 nəfəri biznes planlarını uğurla müdafiə edib. Artıq 5500-dən çox ailə aktivlərlə təmin olunaraq kiçik ailə təsərrüfatlarını yaradıb.