Araq satanlar fevralı gözləyirlər:


Digərləri 24 Yan 2019 15:01:00 252 0

Araq satanlar fevralı gözləyirlər:

Araqların qiymətində ötən ilin üçüncü rübündən başlayaraq, artımların baş verməsi nəzərə çarpır və pərakəndə ticarətçilər spirtli içkilərin qiymətində fevraldan yeni artım dalğasını gözləyirlər.

Son.az oxu.az-a istinadla xəbər verir ki, hələ 2018-ci ilin avqust-sentyabr aylarından başlayaraq spirtli içkilərin qiymətində bahalaşma müşahidə olunub.

Xüsusən araqların qiyməti qalxıb və bu, idxal edilən xarici araqların satışına da təsir göstərib. Fevral ayında gözlənilən bahalaşmanın səbəbi ilə bağlı pərakəndə ticarətçilər hələlik məlumatsız olduqlarını deyirlər. 

Aksiz markası müəmması

Ümumilikdə, bu sektorda çalışan sahibkarlarla söhbətimizdən belə məlum oldu ki, spirtli içkilərin istehsalı lisenziyadan azad olunduqdan sonra bir neçə müəssisə yaradılıb. Bu müəssisələr vergi nəzarətindən və uçotundan kənarda qaldığından və üstəlik, "aksiz markasını fırlatdıqlarından" Azərbaycan bazarında ucuz içkilər peyda olmağa başlayıb. Hətta bəzən içkilərin qiyməti aksizin qiymətinə bərabər olurmuş.

Nəticədə, düzgün işləyən və düzgün aksiz vuran digər istehsalçılar rəqabətdə uduzur və iflas olmaq təhlükəsi ilə üzləşiblər. Məsələ burasındadır ki, qanuna əməl etməyən işbazlar dövriyyədən yayınmaqla yanaşı, daha baha qiymətə olan araq aksizi yerinə qablaşmaların üzərinə 20 dəfə daha ucuz şərab və hətta pivə aksizi belə vurublar. Aksizlər isə xarici görünüşünə görə fərqlənmədiyindən külli miqdarda qanunsuz qazanc götürüblər.

Araqda 3 dəfəlik artım, şərabda 2.5 dəfəlik düşmə

Əgər rəsmi qurumların məlumatlarını xatırlatsaq, sahibkarların bu sözlərində həqiqət olduğunu görərik. Yadınızdadırsa, 2018-ci ilin oktyabrında ölkə başçısının rəhbərliyi ilə keçirilən müşavirədə qanunsuz aksizlərlə bağlı ciddi məsələ qalxdı.

Bu sahədə açıqlanan son rəsmi məlumatlara görə, Vergilər Nazirliyi birbaşa müəssisələrdə aksiz postları qurandan sonra spirtli içkilərin dövriyyəsi birdən-birə 3 dəfə qalxdı. Maraqlı fakt odur ki, bu artımla yanaşı, şərab istehsalı üzrə rəqəmlər 2-2.5 dəfə düşdü. Ümumilikdə məhsul dövriyyəsi dəyişmədyi halda, arağın sayındakı artım dərhal şərabın sayındakı azalma ilə müşayət olundu, çünki şərab aksizini arağın üzərinə vurmağa imkan verilmədi.

Xatırladaq ki, arağın hər litrinə aksiz vergisinin qiyməti 2 manat, şərabın hər litrinə isə 10 qəpik təşkil edir. Ona görə də şərab istehsalının böyük rəqəmlərinin kölgəsində araq istehsalı da gizlənmişdi.   

Təmiz işləmək tapşırığı