Köhnə model avtobusu yenisi ilə əvəz edib qayıdarkən ifşa olundu (FOTO)


Digərləri 24 Yan 2019 14:31:05 219 0

Köhnə model avtobusu yenisi ilə əvəz edib qayıdarkən ifşa olundu (FOTO)

Köhnə model avtobusla Gürcüstana gedərək bir gün sonra eyni dövlət qeydiyyat nömrə nişanı altında yeni model nəqliyyat vasitəsi ilə ölkəmizə geri qayıdan həmyerlimizin əməlinin üstü açılıb.

Bakı. Köhnə model avtobusla Gürcüstana gedərək bir gün sonra eyni dövlət qeydiyyat nömrə nişanı altında yeni model nəqliyyat vasitəsi ilə ölkəmizə geri qayıdan həmyerlimizin əməlinin üstü açılıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə bir qrup şəxsin sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə edərək Azərbaycan Respublikasına nəqliyyat vasitələri gətirilməsi barədə məlumat daxil olub. Azərbaycan Respublikası vətəndaşı Qasımov Şəmsəddinə məxsus "SUMIT DAF EUROLİNES" markalı avtobus gömrükçülər tərəfindən saxlanaraq Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin dayanacağına gətirilib və gömrük baxışı keçirilib. Baxış zamanı avtobusun üzərindəki metal lövhə və ban nömrəsinin kustar üsulla vurulması gömrükçülərdə şübhə yaradıb. İlkin araşdırma zamanı məlum olub ki, Şəmsəddin Qasımov idarə etdiyi 1981-ci il buraxılışlı, ağ "SUMIT DAF EUROLİNES" markalı 00200330 şassi nömrəli 90-ZD-837 dövlət nömrə nişanlı avtobusla Gürcüstan Respublikasına gedərək ona məxsus avtobusu yeni modeli ilə əvəz edib, gömrük-vergi rüsumlardan yayınaraq ağ, bənövşəyi, sarı rəngli 00200330 şassi nömrəli, üzərində 90-ZD-837 dövlət qeydiyyat nömrə nişanı olan avtobusla Azərbaycan Respublikası ərazisinə sərnişinlərlə birgə qayıdıb.