Nazir müavini: "Bəzən yazırlar ki, Təhsil Nazirliyi hara baxır, amma günah..."


Digərləri 24 Yan 2019 14:13:00 240 0

Nazir müavini: "Bəzən yazırlar ki, Təhsil Nazirliyi hara baxır, amma günah..."

Təəssüf ki, heç də bütün müəllimlərimiz peşəsinin vurğunu deyil. Belə olduqda müəllimlər şagirdin nəticə əldə etməsinin yeganə yolunu onu yükləməkdə görürlər. Düşünürlər ki, şagird çox yazarsa, eyni tapşırığı bir neçə dəfə yerinə yetirərsə, onda vərdiş formalaşdıracaq və biliyi möhkəmlənəcək. Amma bu, yanlış yoldur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, şagirdin öyrənmə prosesini maraqlı etmək üçün onun rəngarəngliyinə çalışmaq lazımdır.