Gürcüstanda qrip virusunun ikinci dalğası gözlənilir


Dünya 24 Yan 2019 14:09:46 218 0

Gürcüstanda qrip virusunun ikinci dalğası gözlənilir

“Gürcüstan qrip virusunun ikinci dalğasına hazırdır”

Gürcüstan qrip virusunun ikinci dalğasına hazırdır.

Son.az report-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, ölkədə "Tamiflu" dərman preparatının kifayət qədər ehtiyatı var: "Bizim qrip virusunun yayılmasının müşahidəsi ilə bağlı çoxillik göstəricilərimiz var. Bir, iki və ya daha çox dalğa ola bilər. İkinci dalğanın fevral ayında olacağı mütləq deyil, lakin ölkə buna hazır olmalıdır".