Azərbaycan Türkiyəyə soğan satacaq


Digərləri 24 Yan 2019 13:48:00 247 0

Azərbaycan Türkiyəyə soğan satacaq

Azərbaycandan Türkiyəyə soğanın idxalına icazə verilib

Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən digər ölkələrdən soğan idxalının məhdudlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə soğan məhsulunun "Zərərli Risk analizi"nin aparılması istiqamətində məlumat daxil olub.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycanda becərilən soğanın risk təhlili aparılıb və nəticələr Türkiyəyə göndərilib. Risk təhlilindən sonra, uyğun şərtlər daxilində, . Belə ki, ölkəmizdən Türkiyəyə ixrac olunan soğan Azərbaycan mənşəli olmalı, kartof gövdə nematodu, gövdə nematodu və soğanın ağ çürüməsi zərərli orqanizmlərinə sirayətlənməməlidir.