“RenaultNissanMitsubishi”nin rəhbəri istefa verdi


Digərləri 24 Yan 2019 13:50:00 207 0

“RenaultNissanMitsubishi”nin rəhbəri istefa verdi

Yaponiyada həbs edilən "Renault-Nissan-Mitsubishi" avtomobil alyansının direktorlar şurasının rəhbəri Karlos Qon vəzifəsindən istefa verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Fransanın iqtisadiyyat və maliyyə naziri Bryuno Le Mer "Bloomberg Television"a müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, Qon öz postunu yanvarın 23-ü rəsmən tərk edib. Bildirilir ki, bu gün şirkət iclas keçirərək boş qalan vəzifəyə Mişelin Jan-Dominik Senarın gətirilməsini müzakirə edəcək.