Qvardiola nədən qorxurmuş?


İdman 24 Yan 2019 12:51:00 325 0

Qvardiola nədən qorxurmuş?

Manchester City-nin baş məşqçisi Pep Qvardiola İngiltərə kubokunun yarımfinalında Burton-la qarşılaşmanı(1:0) təhlil edib.

Goal.az xəbər verir ki, çalışdırıcı yaxşı oynadıqlarını deyib. “Meydan sürüşkən idi. Son ötürmələrdə dəqiqlik çatmırdı. Ümumən matç pis keçmədi. Birinci oyunla müqayisədə budəfəki qarşılaşma fərqli alındı. Matça 9 top üstün çıxmışdıq. Düzü, buna görə narahat idim. Futbolçularımın həvəssiz oynayacağından, arxayınçılıqdan qorxurdum. Yaxşı ki, belə olmadı. Artıq finaldayıq. Kuboku ardıcıl ikinci dəfə qazanmaq istəyirik”, - mütəxəssis bildirib. Qvardiolanın komandası finalda Çelsea-Tottenham cütünün qalibi ilə qarşılaşacaq.