Komitə sədri: "Müraciətlərin çoxu ünvanlı sosial yardımla bağlıdır"


Digərləri 24 Yan 2019 12:36:26 231 0

Komitə sədri: "Müraciətlərin çoxu ünvanlı sosial yardımla bağlıdır"

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2018-ci il üçün payız sessiyasının hesabatı və 2019-cu ilin yaz sessiyasının qanunvericilik planı müzakirə edilib.

Son.az Trend-ə istinadən bildirir ki, komitə sədri Hadı Rəcəbli bildirib ki, son payız sessiyasında komitədə 45 məsələ, o cümlədən 21 qanun layihəsi müzakirə olunub, plenar iclasa tövsiyə edilib:

"Eyni zamanda, komitəyə 648 sənəd daxil olub. Bunların 579-u ərizə və şikayətlər olub. Bizə edilən müraciətlərin çoxu isə ünvanlı sosial yardımla bağlıdır".