Valverde Messiyə görə peşiman deyil


İdman 24 Yan 2019 11:34:00 222 0

Valverde Messiyə görə peşiman deyil

Barcelona-nın baş məşqçisi Ernesto Valverde İspaniya kubokunun 1/4 finalının səfər matçında Sevilla-ya məğlubiyyəti şərh edib.

Goal.az xəbər verir ki, çalışdırıcı rəqibin layiqli qələbə qazanığını deyib. “Birinci yarıda oyuna nəzarət edirdik. İkinci yarıda bacarmadıq. Sevilla qələbəyə layiq oyun göstərdi. Cavab qarşılaşmasında toparlanmalıyıq. Düşündüm ki, yeni transferimiz Boatenqə start heyətində yer verim. İstədim ki, özünü göstərsin. Riskli qərar idi. Çünki o, klubda yenidir. Heyətdə dəyişiklik edəndə risk etdiyini anlayırsan. Qalibsənsə, düzgün qərar verdiyini deyirlər. Məğlub oldunsa, deməli, günahkarsan. Messini oynatmadım. Buna görə peşiman deyiləm. Cavab matçında sözünü deyəcək”,- məşqçi bildirib.