Karakasda yenidən partlayışlarla müşayiət olunan toqquşmalar başladı
Dünya 24 Yan 2019 11:11:00 183 0
Qumbara və gözyaşardıcı qazlı bombalar partladılıb
Venesuela paytaxtı Karakasda güclü partlayışlarla müşayiət olunan zorakı toqquşmalar baş verib.
Son.az report-a istinadən bildirir ki, bu barədə Venesuelanın TVV telekanalı "Twitter"də məlumat verib.
"Petare bölgəsində güclü partlayışlar və körpüdə toqquşmalar olub", - telekanalın məlumatında deyilir.
Bir sıra KİV qumbara və gözyaşardıcı qazlı bombalar partladıldığını yazıb.
Son günlərdə baş verən etirazlar zamanı 218 nəfər həbs edilib, azı 16 nəfər ölüb.
Mənbə: milli.az