Natavanla Səidə belə barışdılar


Şou-biznes 24 Yan 2019 10:46:00 214 0

Natavanla Səidə belə barışdılar

Dicey Kazım Sübhanın ötən gün ad günü olub. 

Son.az axşam.az-a istinadən bildirir ki, bir çox məşhurun qonaq olduğu gecədə maraqlı anlar yaşanıb. Bunlardan biri də uzun müddətdir küsülü olan müğənnilər Natavan Həbibi və Səidə Sultanın barışması olub. İfaçılar rəqs edən zaman qucaqlaşıb, öpüşüblər. Onların  görüntüsü sosial şəbəkədə yayılıb. Qeyd edək ki, yaxın rəfiqələr bir neçə aydır küsülü idi. Lakin onlar hansı səbəblə küsülü olduğu barədə mətbuata heç bir açıqlama verməyiblər.