De Yonq: "Barcelona arzularımın klubudur"


İdman 24 Yan 2019 11:00:00 216 0

De Yonq: "Barcelona arzularımın klubudur"

Frenki de Yonq Barcelona-ya keçidindən danışıb.

Goal.az xəbər verir ki, Ajax-ın yarımmüdafiəçisi PSGManchester United-lə danışıqlar apardığını da etiraf edib. “Artıq rahatam. Hər şey geridə qaldı. Barcelona arzularımın klubudur. Uşaq ikən bütün matçlarını izləyirdim. Sevinirəm ki, arzularıma qovuşdum. Etiraf edim ki, Kataloniya klubundan əvvəl PSG və Manchester City ilə danışıqlar aparırdım. Qvardiola ilə söhbətimiz alınırdı. Lakin bilirdim ki, Barcelona transfer məsələsində daha ciddidir. Keçidin məbləği məni maraqlandırmır. Sevdiyim klubda öz işimlə məşğul olacağam”,- yarımmüdafiəçi deyib.