Bakı Ali Neft Məktəbində “Yeni nəsil və Yeni təhsil dünyası” adlı təlim keçirilib


Digərləri 24 Yan 2019 10:39:00 204 0

Bakı Ali Neft Məktəbində “Yeni nəsil və Yeni təhsil dünyası” adlı təlim keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) SOCAR Türkiyənin maliyyə dəstəyi və təşkilatçılığı ilə Ali Məktəbin professor müəllim heyəti və administrativ kollektivi üçün “Yeni nəsil və Yeni təhsil dünyası” adlı təlim keçirilib.

Bakı. Bakı Ali Neft Məktəbində (BANM) "SOCAR Türkiyə"nin maliyyə dəstəyi və təşkilatçılığı ilə Ali Məktəbin professor müəllim heyəti və administrativ kollektivi üçün “Yeni nəsil və Yeni təhsil dünyası” adlı təlim keçirilib. Təlimdə həmçinin "SOCAR Türkiyə"nin İnsan Resursları üzrə direktoru Sibel Uğur və onun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Təlimdən öncə Ali Məktəbin rektoru Elmar Qasımov BANM-a göstərilən diqqət və təlimin təşkilatıçılığına görə Sibel xanıma və "SOCAR Türkiyə"nin rəhbərliyinə öz təşəkkürünü bildirib. BANM ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən S.Uğur isə bu təlimi yeni nəslin təhsilinin və təlim-tərbiyəsinin düzgün istiqamətdə təşkil edilməsinə bir töhfə kimi qiymətləndirib. Təlim Türkiyənin tanınmış təqdimatçısı, 2013-cü ildən regionun ən böyük brendinq üzrə konfransı – “İnsanlar Brend Yaradır” konfransının yaradıcısı və kuratoru, 2006-cı ildən fəaliyyət göstərən beynəlxalq “Dinamo Consulting” şirkətinin həmtəsisçisi Evrim Kuran tərəfindən aparılıb.