Yeni ödənişli yolla bağlı vəziyyət nə yerdədir?


Digərləri 24 Yan 2019 10:06:00 233 0

Yeni ödənişli yolla bağlı vəziyyət nə yerdədir?

Azərbaycanda yeni ödənişli yolla bağlı görülən işlər açıqlanıb

Azərbaycanda yeni ödənişli yolla bağlı görülən işlər açıqlanıb.

Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyinin Avtomobil Yollarının İstismarı və Təmiri İdarəsinin rəisi Əflatun Qasımov Trend-ə müsahibəsində xatırladıb ki, 2018-ci il sentyabrın 18-də Prezident İlham Əliyevin iştirakı ilə tikintisi başa çatan, Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsini təşkil edən, uzunluğu 202 km olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılış mərasimi keçirilib.

Ə.Qasımov bildirib ki, hazırda Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun 31-201 kilometrlik hissəsinin ödənişli əsasa keçirilməsi üçün müvafiq işlər görülür.